XƏBƏRLƏR
19:02, 29.09.2021
В Институте генетических ресурсов началась осенняя сессия магистрантов
İnstitutda 27 sentyabr anım günü ilə bağlı silsilə təbirlər davam etdirilir.
Odur ki, adıgedən anım günü ilə bağlı tədbirlər planına uyğun olaraq 29 sentyabrda “27 sentyabr 2020-ci il -Böyük qələbəyə aparan yol ” mövzusunda magistrlərə müharizə oxunmuşdur. İlk dərs karantin qaydalarına ciddi əməl olunmaqla institutun akt zalında aparılmışdır. “Elmi tədqiqatın metodologiyası” fənnini tədris edən, b.ü.f.d. Vəli Qarayev mühazirəyə başlamamışdan əvvəl 1 dəqiqəlik sükutla şəhidlərin xatirəsi anılmışdır. Sonra “27 sentyabr 2020-ci il -Böyük qələbəyə aparan yol” mövzusunda məruzə edilmişdir.
Vəli Qarayev ilk öncə 1-ci kurs tələbələrini magistratura pilləsində təhsillərini davam etdirdiklərinə, magistr tələbə adını qazandıqlarına görə və 2-ci kurs tələbələrini isə payız sessiyasına başlamaları münasibətilə təbrik etmişdir.
Vəli müəllim tədris etdiyi elmi tədqiqatın metodologiya fənninin aktuallığı, məqsədi və əsaslandırılmasına qısa xülasə verərək bütün fəaliyyət sahələrinin yalnız elmi əsaslı metodologiya sayəsində yüksək nəticələrə nail olmasını tələbələrin nəzərinə çatdırdı. Həm də, bununla belə dünya dövlətlərinin böyük uğurlar qazanmasının da diplomatik metodologiya əsasında, konstitusyaya uyğun olaraq aparılmış məqsədyönlü siyasətlərdən asılı olduğunu vurğuladı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının düşmən, terrorçu dövlət olan Ermənistanın 2020-ci ildə ölkəmizə qarşı hücumuna cavab olaraq 27 sentyabrda əks-hücum haqqında verdiyi qərarın reallıqlarını, XX və XXI əsrlərdə ölkəmizin ictimai-siyasi həyatında baş vermiş hadisələri Vəli Qarayev xronoloji ardıcıllıqlarla elmi əsaslarla izah edərək Böyük qələbəyə səbəb olmuş amilləri tələbələrin nəzərinə çatdırmışdır. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtlarda təşəbbüsü sayəsində 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul edilmiş dörd mühüm qətnamənin (822, 853, 874, 784 ) vaxtında icra olunmamasına baxmayaraq, bu tale yüklü problemi onun etibarlı varisi Ali Baş Komandan İlham Əliyev cənabları xalqın möhkəm həmrəyliyinə və Müzəffər ordunun gücünə arxalanaraq həll etmişdir. Vətən müharibəsinin 27 sentyabrı torpaqlarımızın düşmən işğalından azad edildiyi 44 günün ilk günü, ilk şəhidlərin verildiyi gün olmaqla yanaşı, həm də xalqın 30 ildən çox müddətdə səbr edərək torpaqların işğaldan azad edilməsinin yalnız hərbi yolla mümkün olması haqqında istəklərinin reallaşdığı, Böyük qələbəyə aparan yolun başlandığı, bütün dünya azərbaycanlılarının, türk dünyasının və xalqımızın haqq işini dəstəkləyən tərəqqipərvər insanların həmrəyliyini özündə ehtiva edən və türkün dostu ilə düşmənlərini bir daha üzə çıxaran, Azərbaycan-Türkiyə-Pakistan qardaşlığını yaddaşlarımızda yeniləyən bir gündür.
Torpaqlarımızın düşmən işğalından azad olunmasında 44 günlük Vətən müharibəsinin ilk günü 27 sentyabrda, iki və üçüncü günlərində, sonraki 41 gündə, daha sonrakı zamanlarda haqqın dərgahına qovuşmuş bütün şəhidlərimizə bir daha Allah rəhmət eləsin. Sonda tələbələrin adından institutun rəhbərliyinə, təhsil şöbəsinə payız sessiyasının başlanğıcında tədrisin ilk 29 sentyabr günündə “ 27 sentyabr 2020-ci il -Böyük qələbəyə aparan yol ” mövzusunda mühazirə keçirmələrini təşkil etdiklərinə görə təşəkkür edilmişdir.
 
 
 
© www.genres.az