XƏBƏRLƏR
18:54, 28.09.2021
"Rəşadətli ordu, çevik diplomatiya və Böyük Qələbə" mövzusunda tədbir keçirilib

Bu gün AMEA Genetik Ehtiyatlar İnstitutunda 27 sentyabr anım günü ilə bağlı “27 sentyabr 2020-ci il tarixinə baxış: Rəşadətli ordu, çevik diplomatiya və Böyük Qələbə ”mövzusunda karantin qaydalarına əməl olunmaqla boyük akt zalında iclas keçirilmişdir.1 dəqiqəlik sükutla şəhidlərin xatirəsi anıldıqdan sonra iclas davam etmişdir. AMEA Genetik Ehtiyatlar İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov 27 sentyabr 2020-ci il tarixinə baxış mövzusu ilə bağlı çıxış etmişdir. XX əsrin 90-cı illərindən başlayaraq XXI əsrin ilk 20 ilində dünyada Azərbaycana qarşı ikili standartların hökm sürdüyü və 30 ildən çox müddətdə ərazilərimizin işğaldan azad edilməsi üçün terrorçu Ermənistana qarşı səlahiyyətli beynəlxalq təşkilatlar tərəfindən ciddi tədbirlərin görülmədiyi tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır. Z.Əkpərov sonra çıxışında, həm də Ulu Öndər Heydər Əliyevin diplomatiyası ənənələrini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycan xalqının sıx birliyinə və Müzəffər ordunun gücünə arxalanaraq , düşmənin hücumuna cavab olaraq orduya əks-hücuma keçmək haqqında verdiyi 2020-ci il 27 sentyabr tarixli əmrin haqqın-ədalətin bərqərar olması üçün aparılmış düzgün diplomatik siyasətin nəticəsi olduğunu göstərmişdir. Ali Baş Komandanın qərarını, həm də BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı verdiyi dörd qətnaməsinin (822, 853, 874, 784 ) icra olunması üçün vaxtında qəbul edilmiş bir qərar olduğunu da bildirdi. 2020-ci il 27 sentyabrın Müzəffər Ordumuzun cəsur və igid döyüşçülərinin böyük qəhrəmanlıqları sayəsində ərazilərimizin erməni işğalından azad olunmağa başlanıldığı, tariximizə yazılacaq mübarizlik dastanının ilk səhifəsi olduğunu və bu dastanı yazan şəhidlərimizə rəhmət və qohumlarına, yaxınlarına səbr və qazilərimizə sağlamlıq duaları edildi. Daha sonra “Qələbəyə gedən yol: 27 .09.2021” mövzusunda 10 dəqiqəlik videoçarx tədbir iştirakçılarının nəzərinə təqdim olunmuşdur. Azərbaycanın şanlı tarixini, azadlıq yolunu əks elətdirən videoçarx izləndikdən sonra institutun alimləri 2021-ci ilin 44 günlük vətən müharibəsinə və onun ilk günü olan 27 sentyabra öz münasibətlərini, təəssüratlarını və mövqelərini bildirmişlər. Müxtəlif yaşlı nəslin nümayəndələri, Fiziologiya şöbəsinin müdiri, b.ü.e.d., professor Ramiz Əliyev, Texnologiya şöbəsinin müdiri b.ü.e.d., dos. Hamlet Sadıqov, Beynəlxalq və ictimaiyyatla əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev, Ekobotanika və sistematika şöbəsinin müdiri, b.ü.e.d. əslən cəbrayıllı Aydın Əsgərov, əslən Xocalıdan olan, b.ü.f.d., dos. Əkbər Kərimov və Gənc Alimlər və Mütəxəssilər Şurasının sədri, zəngilanlı Günel Musayeva öz məzmunlu çıxışları ilə eyni fikirdə olduqlarını bildirdilər. Bu fikir isə, vətən müharibəsinin böyük qələbə ilə sona çatmasının Azərbaycan dövlətinin uzun müddətdən bəri yeritdiyi diplomatik siyasətinin nəticəsi olaraq ölkə Prezidentinin, Ali Baş Komandan İlham Əliyev cənablarının çox güclü vətənpərvərlik və möhkəm həmrəylik ruhunda formalaşmış nizami və güclü müzəffər orduya arxalanaraq terrorçu dövlət olan Ermənistanın hərbi hücumuna qarşı əks-hücum haqqında orduya verdiyi əmr sayəsində həyata keçdiyini özündə ehtiva edir. Bu isə GEİ-nin 27 sentyabr 2020-ci il tarixinə düzgün baxışı və sabaha daha böyük ruh yüksəkliyi ilə elmi fəaliyyətlərini davam etdirməsinə ruh yüksəkliyi və stimul verən amildir.Allah şəhidlərimizə rəhmət eləsin.

 

FOTO>>>

 

© www.genres.az