XƏBƏRLƏR
16:44, 23.09.2021
Genetik Ehtiyatlar institutunun gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə 27 sentyabr anim günü ilə bağlı tədbir kecirilmişdir
2021 ci il 22 sentyabr AMEA Genetik Ehtiyatlar institutunda 27 sentyabr anım günü ilə bağlı “İkinci Qarabağ müharibəsinin şəhidlərini tanıyaq və tanıdaq”, “Zəfərə gedən yol” və “Qarabağa qayıdış” mövzularında karantin qaydalarına əməl olunmaqla dəyirmi masada gənc alimlər şurasının iclası keçirilmişdir. GEİ-nin şöbə müdiri b.ü.f.d Vəli Qarayev iclası giriş sözü ilə açaraq , şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılmasından sonra iclasın gündəliyinə uyğun olaraq davam etdirilməsi üçün sözü Gənc Alimlər və Mütəxxəssilər Şurasının sədri Günel Musayevaya vermişdir. Günel Musayeva çıxışında ən müasir hərbi texnika ilə təchiz olunmuş Azərbaycan Müzəffər ordusunun Böyük qələbəsinin hər gününü yüksək sevinc və çox böyük həyacanla izlədikləri o, 44 günü bir daha tədbir iştirakçılarına xatırlatmışdır.O institutun bütü gənclərini Qalib bir ölkənin vətəndaşı olduqlarından daha da xoşbəxt sandığını, Böyük qələbədən sonra gənc alimlərin ruh yüksəkliyi ilə elmi tədqiqat aparmaları əzmində olduqlarını da bildirmişdir. Vətən Müharibəsinin davam etdiyi günlərdə dövlət başçısının xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələrində və digər sahələrdə qazandığı uğurları Azərbaycan gənclərinin, bütün Azərbaycan xalqının uğurları hesab etmişdir.
Daha sonra “İkinci Qarabağ müharibəsinin şəhidlərini tanıyaq və tanıdaq” mövzusunda video çarxı tədbir iştirakçılarının nəzərinə təqdim etmişdir. Nümayiş etdirilən, Müzəffər ordunun 27 sentyabrdan 9 noyabr 2020-ci il tarixinədək 44 günlük vətən müharibəsinin səhifələrini əks etdirən video çarx tədbir iştirakçıları tərəfindən çox diqqətlə və həyəcanla izlənilmişdir. Video çarxın nümayişindən sonra, “Zəfərə gedən yol” və “Qarabağa qayıdış” mövzuları da daxil olmaqla gənc alimlərin baş vermiş hadisələrə münasibəti, təəssüratları və mövqeləri dinlənilmişdir. GEİ-nin şöbə müdiri b.ü.f.d.Ayaz Məmmədov, institutun Gənc alimlər və mütəxəssislər şurasının sədr müavini Nəzərov Nahid, şura üzvlərindən olan Bayramlı Orxan, İsmayılova Gülər, Hüseynzadə Zərxara və s. çıxış etmişlər. Çıxış edənlər və müzakirədə iştirakçı digər gənc alimlər yüksək fəallıqla özlərinin həqiqətən vətənpərvər və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində müsəllək bir əsgər olduqlarını bir daha nümayiş etdrdilər. Orta nəslin nümayəndəsi olaraq iclasda iştirak edən institutun şöbə müdiri, b.ü.f.d Vəli Qarayev tədbir iştirakçıları adından 27 sentyabr anım günü ilə bağlı tədbirlərin təşkilinə görə İnstitutun rəhbərliyinə öz minnətdarlığının bildirdi. Hazırda İnstitutun gənc alimlərinin də dünyada və ölkəmizin həyatında baş vermiş çox mühüm hadisələrə Müzəffər ordunun böyük qələbəsinə elmi nöqteyi nəzərdən çox düzgün yanaşdıqları və qiymətləndirdikləri bir daha vurğulandı. Azərbaycan dövlətinin uzun müddətdən bəri yeritdiyi diplomatik siyasətinin nəticəsi olaraq ölkə prezidentinin Ali baş komandan İlham Əliyevin çox güclü vətənpərvərlik və möhkəm həmrəylik hislərinə formalaşmış nizami, güclü müzəffər orduya arxalanaraq vaxtında 27 sentyabrda düşmənin, terrorçu dövlət olan Ermənistanın hərbi hücumuna qarşı əks-hücum haqda orduya verdiyi əmr sayəsində vətən müharibəsinin böyük qələbə ilə nəticələnməsi fikri ilə İnstitutun gənc alimlərinin həmrəy qənaətdə olduqlarını bildirdilər. Vətən müharibəsində torpaqlarımızın erməni işğalçılarından azad edilməyə başlandığı ilk günündə özlərini Vətən yolunda qurban vermiş 27 sentyabr şəhidlərinə, habelə bütün şəhidlərimizə Allah rəhmət eləsin.
 
 
 
 
© www.genres.az