XƏBƏRLƏR
00:35, 16.02.2021
AMEA Genetik Ehtiyatlar İnstitutunda magistrantların attestasiyası keçirilib

AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun sədrliyi ilə İnstitutun Elmi Şurasında Biologiya (ixtisaslaşma -“İnsan genetikası” və “Genetika”) və Aqronomluq (ixtisaslaşma- “Bitkilərin seleksiyası” və “Bitkilərin mühafizəsi”)  ixtisasları üzrə I və II kursda  təhsil alan magistrantların attestasiyası keçirilib.

İclasda, həmçinin I kurs magistrantların tədqiqat metodları və II semestr üçün dərs cədvəli təsdiq olunub, eləcə də II kurs magistrantların dissertasiya mövzuları üzrə aparılan tədqiqat işləri və nəşr işləri geniş müzakirə edilmişdir.

Sonda Elmi Şuranın qərarı ilə magistrantların fəaliyyəti müsbət qiymətləndirilmiş və onlar növbəti semestrə keçirilmişdir.