XƏBƏRLƏR
20:06, 29.01.2021
AMEA Genetik Ehtiyatlar İnstitutunun layihələri Elmin İnkişafı Fondunun keçirdiyi qrant müsabiqəsinin qalibləri siyahısında yer almışdır.

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşlarının müxtəlif təşkilatlarla birgə hazırladıqları "Genetik-seleksiya tədqiqatlarında molekulyar texnologiyaların istifadəsi ilə perspektiv pambıq sortlarının yaradılması və onların praktikada tətbiqinin reallaşdırılması" və "İnsan genomunda xərçənq xəstəliyi ilə bağlı yeni genlərin və digər DNT elementlərinin identifikasiyası" adlı layihələr Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan edərək keçirdiyi Elmi-tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsinin (EİF-ETL-2020-2(36)) qalibləri siyahısında yer almışdır. Bu münasibətlə İnstitutun rəhbərliyini və layihə içtirakçılarını təbrik edir və layihələrin uğurla icra olunmasını arzulayırıq.