XƏBƏRLƏR
14:38, 19.01.2021
AMEA Genetik Ehtiyatlar İnstitutunun magistraturasında imtahanlar davam edir.
AMEA Genetik Ehtiyatlar İnstitutunun magistraturasında təhsil alan magistrantların 18 yanvar, 2021-ci il tarixində “Meyvə bitkilərinin seleksiyası”, “Dənli taxıl və paxlalı bitkilərin xəstəlikləri və zərərvericiləri” və “Genomika (Genomiks)” fənnləri üzrə imtahanları keçirilmişdir. İmtahanlar AMEA Genetik Ehtiyatlar İnstitutunda yaradılmış imtahan komissiyasının üzvləri və fənn müəllimləri (a.ü.f.d., dosent Mirzə Musayev, b.ü.f.d. Eldar Mustafayev və b.ü.f.d. Sevda Babayeva) tərəfindən götürülmüşdür.
Genomika fənni üzrə imtahana AMEA-nın vitse prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, akademik İradə Hüseynova da qoşulmuşdur. Akademik İradə Hüseynova Genetik Ehtiyatlar İnstitutunda imtahanların gedişi ilə maraqlanmış və magistrantların elmi tədqiqat işləri haqda fikir mübadiləsi aparmışdır. O qeyd etmişdir ki, bütün imtahan sualları ilə əvvəlcədən tanış olmuş və əksər fənnlər üzrə imtahan sualları yaxşı tərtib olunmuşdur. Akademik İradə Hüseynova Genetik Ehtiyatlar İnstitutunda magistratura təhsilinin yüksək səviyyədə təşkil olunduğunu vurğulamış, İnstitutun rəhbərliyinin və təhsil şöbəsinin fəaliyyətini yüksək qiymətləndirmiş, professor müəllim heyətinə, magistrantlara uğurlar arzulamış və tədrisin elmi tədqiqat işləri ilə əlaqəli şəkildə aparılması üzrə öz tövsiyələrini vermişdir.
Magistrantlar imtahanlarını uğurla vermişlər. Növbəti imtahanlar 22 yanvar, 2021-ci il tarixində keçiriləcəkdir.