AMEA Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, b.ü.f.d. Səidə Şərifova və doktorant Cəmalə Mürsəlova Avropa Komissiyası tərəfindən maliyələşdirilən “Erasmus Mundus 2-ci Fəaliyyət Proqramı” çərçivəsində elan olunmuş ALRAKİS II layihəsinin qalibləri olmuşlar. Layihə çərçivəsində Dr. Səidə Şərifova 10 ay müddətində Polşa Respublikasnın Varşava Təbiət Elmləri Universitetinin (Warsaw University of Life Sciences) Bitki Genetikası, Seleksiyası və Biotexnologiyası şöbəsində “DNT markerlərinin yaradılması, səciyyələndirilməsi və xəritələşdirilməsi”, doktorant Cəmalə Mürsəlova isə eyni şöbədə “Payızlıq buğda nümunələrinin genetik müxtəlifliyi və quraqlığa davamlılığının molekulyar markerlər vasitəsilə qiymətləndirilməsi” mövzusunda tədqiqat işləri aparacaqlar
.