XƏBƏRLƏR
18:36, 12.01.2021
AMEA Genetik Ehtiyatlar İnstitutunun II kurs magistrantlarının imtahanları keçirilmişdir.
 
AMEA Genetik Ehtiyatlar İnstitutunun magistraturasında təhsil alan II kurs magistrantların 12 yanvar, 2021-ci il tarixində “İmmunologiyanın əsasları”, “Biostatistik proqramlar”, “Texniki bitkilərin seleksiyası” və “Texniki bitkilərin xəstəlik və zərərvericiləri” fənnləri üzrə imtahanları keçirilmişdir.
İmtahanlar AMEA Genetik Ehtiyatlar İnstitutunda yaradılmış imtahan komissiyasının üzvləri və fənn müəllimləri (b.ü.f.d., dosent Ruhəngiz Məmmədova, b.ü.f.d. Elçin Hacıyev və Babək Şahmurad Muğanlı) tərəfindən götürülmüşdür.
İmtahanlarda AMEA-nın Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin müdir müavini Ramin Həsənov da iştirak etmişdir.
Magistrantlar imtahanlarını uğurla vermişlər. Sonda AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, imtahan komissiyasının sədri, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov İnstitutda magistratura təhsilinin uğurla davam etdirildiyini bildirmiş, hər il təhsilin keyfiyyətinin daha da yüksəldiyini qeyd etmiş, İnstitutun Təhsil şöbəsinin, tədrisə cəlb olunan professor-müəllim heyətinin və imtahan komissiyasının fəaliyyətini yüksək qiymətləndirmişdir.