XƏBƏRLƏR
14:33, 08.01.2021
AMEA Genetik Ehtiyatlar İnstitutunda magistrantların növbəti imtahanları keçirilmişdir.
 
AMEA Genetik Ehtiyatlar İnstitutunda təhsil alan I kurs magistrantların 08 yanvar, 2021-ci il tarixində “Genetikanın tarixi və metodologiyası”, “İnsan genetikasının tarixi və metodologiyası”, “Davamlılığın fizioloji və genetik əsasları” və “Seleksiya və toxumçuluğun muasir problemləri” fənnləri üzrə imtahanları ZOOM platformasından istifadə edilməklə onlayn keçirilmişdir.
İmtahanlar AMEA Genetik Ehtiyatlar İnstitutunda yaradılmış imtahan komissiyasının üzvləri (AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, b.e.d. professor Ramiz Əliyev, b.e.d., dosent Afət Məmmədova, b.ü.f.d., dosent Mehrac Abbasov, b.ü.f.d. Natavan Kələntərova, b.ü.f.d. Vüsalə İzzətullayeva) və fənn müəllimləri (b.e.d., dosent Aybəniz Əliyeva, b.ü.f.d. Natavan Kələntərova, b.ü.f.d., dosent Ziyadə İbrahimova, b.ü.f.d., dosent Xanbala Rüstəmov) tərəfindən götürülmüşdür.
İmtahanlara müxtəlif vaxtlarda AMEA-nın vitse prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, akademik İradə Hüseynova və AMEA-nın Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə də qoşulmuşdur. Magistrantlar imtahanları uğurla vermişlər.