AMEA Genetik Ehtiyatlar İnstitutunda təhsil alan magistrantların 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyasına başlanılıb. “Genetika”, “İnsan genetikası”, “Bitkilərin seleksiyası” və “Bitkilərin mühafizəsi” ixtisasları üzrə II kursda təhsil alan 5 magistrantın 07 yanvarda “Bitki biotexnologiyası və molekulyar seleksiya” və “Elmi tədqiqatın metodologiyası” fənnləri üzrə imtahanları keçirilmişdir. İmtahanlar ZOOM platformasından istifadə edilməklə onlayn keçirilmişdir.
İmtahanlarda AMEA Genetik Ehtiyatlar İnstitutunda yaradılmış imtahan komissiyasının üzvləri, fənn müəllimləri, eləcə də AMEA-nın vitse prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, akademik İradə Hüseynova, AMEA-nın Elm və Təhsil İdarəsinin müdiri, i.ü.f.d. Fail Kazımov və Magistratura şöbəsinin müdirinin müavini Ramin Həsənov iştirak etmişdir. Qış imtahan sessiyası fevral ayının 2-dək davam edəcəkdir.
© www.genres.az