XƏBƏRLƏR
14:16, 16.12.2020
İnstitutun əməkdaşları “Sklet əzələsinin riyaziyyatı: Sümük biologiyasının post-genom analizi” adlı onlayn konfransda iştirak etmişlər
AMEA Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya şöbəsinin, “İnsan genetikası” və “Beynəlxalq kompüter genomikası” laboratoriyalarının bir qrup əməkdaşı (M.Abbasov, B.Bayramov, Ş.Abdulrəhimli, G.İsmayılova, X.Bayramova) 13-15 dekabr, 2020-ci il tarixlərində “Sklet əzələsinin riyaziyyatı: Sümük biologiyasının post-genom analizi” adlı onlayn konfransda iştirak etmişlər. Konfrans Avropa Birliyinin COST proqramı çərçivəsində İsrayılın Bar-İlan Universitetinin Tibb Fakultəsi tərəfindən təşkil olunmuşdur. Tədbirdə sklet əzələsinin post-genom analizinə həsr edilmiş genomika, tibbi genetika və bioinformatika üzrə İsrayıl, Niderland, Çin Xalq Respublikası, İrlandiya, Danimarka, Almaniya, İsveçrə, ABŞ, Avstraliya, Sinqapur və İtaliyadan tanınmış alimlər təqdimatlarla çıxış etmiş və geniş müzakirələr aparılmışdır.
AMEA Genetik Ehtiyatlar İnstitutu qoşulduğu Avropa Birliyinin COST proqramı çərçivəsində 2021-2023-cü illərdə Avropanın müxtəlif ölkələrinin, İsrayılın və Türkiyənin tanınmış universitetləri və tədqiqat mərkəzləri ilə birlikdə tibbi genetika, genomika və bioinformatika üzrə tədqiqat işi aparacaq və kadr hazırlığını həyata keçirəcəkdir.