XƏBƏRLƏR
14:16, 06.11.2020
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları döyüş bölgəsində yaşayan insanlara humanitar yardım göstərmişlər

Məlumdur ki, 27 sentyabr tarixindən Azərbaycan silahlıq qüvvələri əks hücum əməliyyatı həyata keçirir. Ordumuzun qarşısında duruş gətirə bilməyən erməni silahlı qüvvələri qisasını dinc əhalidən almaq məqsədilə, cəbhəyanı ərazilərdə yerləşən kənd və şəhərlərimiz mütəmadi olaraq top, minaatan və roketlərdən atəşə tutur. Bunun da nəticəsində yüzlərlə yaşayış evləri və mülki obyektlər dağıdılaraq yararsız hala düşmüşdür. 

Belə bir çətin vəziyyətdə institutumuzun əməkdaşları evləri dağılmış insanlara dəstək olmaq məqsədilə humanitar yardım göndərmişlər.

Qeyd edək ki, bu kimi aksiyalar növbəti günlərdə də davan etdiriləcək. 

 

Hər şey vətən üçün. 

 

 Qarabağb bizimdir, Qarabağ Azərbaycandır! 

 

 

FOTO>>>