XƏBƏRLƏR
15:26, 03.07.2020
Şəki Elmi Tədqiqat Bazasında sahə tədqiqatları davam edir
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu-Şamaxı, Şamaxı-Qobustan ərazilərdində yayılan meyvə bitkilərindən alma, armud, heyva, zoğal, əzgil, gilas, alça, göyəm, gavalı, ərik, şaftalının xalq seleksiya sortları toplanaraq AMEA Genetik Ehtiyatlar İnstitutunun Şəki Elmi Tədqiqat Bazasında genefondu yaradılmışdır. Həmçinin aşkar olunan xalq seleksiyası sortları yerindəcə biomorfoloji göstəriciləri qeyd olunur və GPS vasitəsilə kordinatları təyin edilir. Onlardan peyvənd üçün qələm götürülür. Hər bir sort haqqında tərtib edilmiş qeydiyyat vərəqində həmçinin biomorfoloji göstəriciləri də qeyd edilir. Bazanın tinglik sahəsində toplanmış qələmlərdən müvafiq cırlar üzərində peyvəndlər aparılır və onların normal inkişafı üçün bütün aqrotexniki tədbirlər həyata keçirlir.
Bazanın genofond bağında əkilən sortlar üzərində mütəmadi olaraq, fenoloji müşahidələr aparılır və onların böyümə dinamikası, gövdəsinin diametri, çiçəkləməsi, meyvənin əmələ gəlməsi və s. kimi fenoloji fazalarının qeydiyyatı aparılır.
Bazada tərəfindən toplanmış sortlar haqqında məlumatlar AMEA Genetik Ehtiyatlar İnstitutunun Mərkəzi Məlumat Bazasına da daxil edilir.
 

CC genres.az