XƏBƏRLƏR
14:41, 06.06.2020
Aytac Hümbətovanın növbəti məqaləsi yüksək impakt faktorlu (9.924) jurnalda dərc edilmişdir

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Aytac Hümbətova İslam İnkişaf Bankının təqaüd proqramı çərçivəsində doktorantura təhsilini Almaniyanın Bonn universitetində davam etdirir. Onun tədqiqat işinə aid məqaləsi “The American Journal of Human Genetics” dərc olunmuşdur (https://www.cell.com/ajhg/pdf/S0002-9297(20)30153-1.pdf ). Bu jurnalda əsasən insan genetikası sahəsində əldə olunmuş fundamental tədqiqatların nəticələri yayımlanır. Jurnalın impakt faktoru - 9.924-dür.
AMEA Genetik Ehtiyatlar İnstitutunun rəhbərliyi Aytac Hümbətovanı növbəti elmi uğuru münasibətilə səmimi qəlbdən təbrik edir və ona elmi işlərində uğurlar arzulayır.

 

>>>FOTO
 

 © www.genres.az