AMEA Genetik Ehtiyatlar İnstitutunun kiçik elmiş işçisi Mürsəlova Cəmalə Məhəmməd qızı 27.08.2013-6.09.2013 tarixində Qərbi Avstraliyada keçiriləcək “Quraqlığa adaptasiya” üzrə Master-klass Qrandı və “INTERDROUGHT-IV” Beynəlxalq Konfransının Qafqaz ölkələri arasında yeqanə qalibi seçilmişdir. O, “Müxtəlif ölkələrin genbanklarından alınmış payızlıq yumşaq buğda genotiplərinin quraqlığa davamlılığı” üzrə tədqiqat işini yerinə yetirir. 4 ildən bir həyata keçirilən bu konfrans və təlim kursu Qərbi Avstraliyanın, Perth şəhərində, Murdoch Universiteti ve Kənd Təsərrüfat Nazirliyinin birgə əməkdaşlığı ilə baş tutacaq. “INTERDROUGHT-IV” olduqca əhəmiyyətli beynəlxalq konfrans olub, burada genetiklər və bitki mütəxəssisləri tərəfindən quraqlıq şəraitində kənd təsərrüfat bitkilərinin dayanıqlılığı və məhsuldarlığın artırılması ilə əlaqəli məsələlər müzakirə ediləcək və dünyanın quraqlıq üzrə ən böyük tədqiqatçılarını bir yerə toplanacaq. Beləliklə, konfransda başlıca məqsəd quraqlığa meyilli ərazilərdə bitkilərin yaxşılaşdırıması və idarə edilməsi üçün qəbul olunmuş elmi texniki imkanları araşdırmaq və molekulyar səviyyədə progresə (inkişafa) nail olmaqdan ibarətdir. Doktorantımızın Konfransda iştirakı Beynəlxalq Millətlər Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO, Roma) və Master Klass isə Craüford Fondu tərəfindən maliyyələşdiriləcək.
14:51, 10.05.2013
AMEA Genetik Ehtiyatlar İnstitutunun kiçik elmiş işçisi Mürsəlova Cəmalə “Quraqlığa adaptasiya” üzrə Master-klass Qrandı və “INTERDROUGHT-IV” Beynəlxalq Konfransının qalibi olmuşdur.