../../stream/index.php?cmd=im.thumb&path=%7B0%7D/Afet_x.jpg&u=97856Biologiya elmləri doktoru

AFƏT DADAŞ ŞARAPLI QIZI MƏMMƏDOVA

E-mail: afet.m@mail.ru

Tel.: 

 

 

 

 

 

 

 

 

 


 

Məmmədova Afət Dadaş-Şaraplı qızı 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsini bitirmişdir.

            A.Məmmədova 1974-cü ildən Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya (indiki Genetik Ehtiyatlar) İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləmiş, 2018-ci ildən baş elmi işçi vəzifəsində çalışır. “Genetika” ihtisası üzrə docent (1996), biologiya elmləri üzrə elmlər doktorodur (2018).

     A.Məmmədova müxtəlif kənd təsərrüfatı bitkilərinin (pomidor, xiyar, badımcan, qarğıdalı, buğda, pambıq) heterozis hibridlərində hüceyrənin ayrı-ayrı struktur elementlərində (nüvə, mitoxonri və xloroplastlarda) valideyin formalarla müqayisədə genetik aparatın dəyişilməsinin kompleks qiymətləndirilməsi yerinə yetirmişdir.

Müəyyən edilmişdir ki, hansı növə aid olmasından asılı olmayaraq, heterozis bitki hibridlərinin yarpaq toxuması hüceyrələrində DNT-nin miqdarı valideyn formaları ilə müqayisədə çoxdur. Bu zaman hibridlərdə vahid sahəsinə düşən hüceyrlərin ölçülərinin kiçilməsi, sayının isə artması müşahidə olunmuşdur. Hibridlər həm də hüceyrə nüvəsində DNT-nin miqdarının artması ilə səciyyələnmişdir ki, bu pomidorun heterozis hibridlərində nüvədə yeni sinif ploidliyin (4c – 8c) yaranması ilə, yəni nüvə DNT-sinin tam replikasiyası ilə izah olunur.  Buğdada isə, DNT-nin miqdarının  artması   2c – 4c arasında olanhüceyrələrin hesabına, yəni DNT-nin amplifikasiyası və differensial replikasiyası hesabına baş verir. Heterozis hibridlərdə ümumi DNT-nin yüksək miqdarı əksər hallarda labil fraksiyanın, bəzi hallarda isə həm labil, həm də stabil fraksiyanın artması hesabına baş vermişdir. Bu zaman fraksiya tərkibinin dəyişilməsi euxromatin fraksiyasının artması istiqamətində olmuşdur. Hesab olunur ki, DNT-nin labil və stabil fraksiyalarının artması hibrid orqanizmdə çoxsaylı endopoliploid hüceyrələrin formalaşması ilə, ayrı-ayrı fraksiyaların artımı isə gen amplifikasiyası hesabına baş verir. Heterozis hibridlərdə hüceyrələrin ümumi enerji təminatının artması həm mitoxondri, həm də xloroplast sistemləri hesabına baş verə bilər.

A.Məmmədova həmçininhidrazid malein turşusunun təsiri ilə böyümənin stimullaşdırılması zamanı buğda və çovdarda yarpaq toxumasının hüceyrələrində DNT-nin struktur və  funksional  vəziyyətinin, həmçinin mitoxondri  və xloroplast genetik sistemlərində sintezin aktivliyinin kompleks tədqiqi aparmışdır. Böyümə proseslərinin stimullaşdırılması yarpaq toxuması hüceyrələrində RNT-sintezinin aktivliyinin, labil fraksiyanın stabil fraksiyaya nisbətinin, həmçinin nüvədə euxromatin DNT-sinin payının artması ilə müşayət olunmuşdur. Bu zaman, mitoxondrilərdə nuklein turşularının sintezinin əhəmiyyətli dərəcədə aktivləşməsi müşahidə olunur ki, bu da hüceyrədə genetik sistemin mitoxondrial fraksiyasının əhəmiyyətini göstərir.

A.Məmmədova mühitin abiotik stres amillərinin təsiri zamanı pambığın davamlı sort-nümunələrində RNT-nin, ümumi, labil və qalıq DNT-nin sintezinin aktivləşməsi, stabil DNT-nin miqdarının isə azalması aşkar etmişdir.

A.Məmmədova 127 elmi əsərin (82-i xaricdə), o cümlədən 2 monoqrafiyanın müəllifidir.

A.Məmmədova AMEA-nın Genetik Ehtiyatlar İnstitutu Elmi şurasının üzvü, AMEA-nın Botanika İnstitutun Dissertasiya şurası nəzdində “Genetika” ihtisı üzrə fəaliyyət göstərən elmi seminarın sədridir.

 A.Məmmədova AMEA-nın Aqrar Elmlər Bölməsinin  (2017-ci il) və AMEA-nın Biologia və Tib Elmləri Bölməsinin (2019) Fəxri Fərmanı ilə təltif edilmişdir.