AMEA Genetik Ehtiyatlar İnstitutunun kiçik elmi işçisiEldarov Məhəmməd Eldar oğlu 01 Mart 2013-cü il tarixindən 28 Fevral 2014-cü il tarixinə qədər Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus Mundus Programının Cənubi Qafqaz üzrə (ALRAKIS Fəaliyyət 2, 2012-2013-cü illər) növbəti müsabiqəsinin qalibi olmuşdur.
O, Mübadilə Proqramı çərçivəsində Almanyanın Georg-August-Universitet Göttingen, Bitki Ekologiyası və Ekosistem Tədqiqat İnstitutunda 12 ay müddətində Mübadilə Proqramı çərçivəsində" Azərbaycanda yayılmış Aegilops L. cinsi növlərinin ekoloji-botaniki tədqiqi və genetik müxtəlifliyi" mövzusunda tədqiqat işi aparacaq.
Məqsəd: Azərbaycanda yayılmış Aegilops L. cinsi növlərinin Ekoloji-botaniki xüsusiyyətlərinin tədqiq edilməsi. Bioloji müxtəliflik, Bitki-ekologiyasi, Molekulyar analiz istiqamətlərdə müasir metodların mənimsənilməsi, və eyni zamanda İqlim dəyişilməsi nəticəsində göstərdiyi təsirlərinin öyrənilməsindən ibarətdir.