XƏBƏRLƏR
17:53, 17.01.2019
AMEA Genetik Ehtiyatlar İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda 2018/2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilmişdir. İmtahanda “Genetika” ixtisası üzrə 2 nəfər iddiaçı iştirak etmişdir.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda imtahan komissiyası yaradılmışdır. Komissiyanın sədri institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, üzvləri – professor Ramiz Əliyev, professor Naib Əminov, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasov, biologiya üzrə elmlər doktoru Hacı Şıxlinski və biologiya üzrə fəlsəfə doktoru Vüsalə İzzətullayevadır.

 

FOTO>>>

 

© www.genres.az