XƏBƏRLƏR
22:09, 15.12.2018
AMEA-da akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Dekabrın 17-də saat 11:00-da AMEA-nın Əsas binasının Dairəvi akt zalında görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunan “Davamli inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatlari” mövzusunda IX beynəlxalq elmi konfrans keçiriləcək.

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Beynəlxalq Fotosintez Cəmiyyəti və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə nüfuzlu alimlərin fotosintez prosesinin və hidrogen enerjisinin tədqiqi ilə bağlı məruzələri dinləniləcək, müzakirələr aparılacaq.

Qeyd edək ki, görkəmli alimin 90 illik yubileyi münasibətilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Akademik Cəlal Əliyev qiraətləri”nin keçirilməsi də nəzərdə tutulub.

 

 

© www.science.gov.az