XƏBƏRLƏR
09:19, 07.05.2013
Genetik Ehtiyatlar İnstitutunun elmi işçisi beynəlxalq təlim-seminarda iştirak etmişdir.

AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işçisi Mehdiyeva Səbinə Pərvin qızı 22 aprel 2013-cü iltarixindən 05 may 2013-cü il tarixinə qədər Özbəkistan Respublikasının Karşi şəhərində Özbəkistan Kənd Təsərrüfatı Elmi-İstehsalat Mərkəzi və Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) birgə təşkil etdikləri “Payızlıq buğdanın seleksiyası” adlı seminar-təlimdə iştirak etmişdir. Müxtəlif bölgələrdən olan seminar iştirakçıları Özbəkistanın Karşi, Kibray, Qalaral, Qazaxstanın isə Krasnıy Vodopad təcrübə stansiyalarında Orta Asiya və Qafqaz bölgələri üçün aktual olan payızlıq buğdanın quraqlığa və sari pas xəstəliyinə davamlı yüksəkməhsuldarlı sortlarınınyaradılması üzrə aparılan seleksiya işləri və onların elmi əsasları ilə tanış olmuşlar.

_____

FOTO