Bu gün AMEA-nın Əsas binasının Dairəvi akt zalında görkəmli alim və ictimai xadim, respublika Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin 100 illik yubileyi qeyd olunub.
Tədbir çərçivəsində görkəmli alimin anadan olmasının 100 illiyi münasibətilə elan olunmuş elmi müsabiqənin qalibləri mükafatlandırılıb.
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə daxil olan institutların gənc alim və mütəxəssislərinin iştirak etdiyi müsabiqədə Fizika İnstitutunun mühəndisi Elnur Bağırov birinci yerə layiq görülüb. Bundan başqa, Fizika İnstitutunun elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Şəhla Əliyeva və Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Rüstəm Quliyev ikinci, İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev, Radiasiya Problemləri İnstitutunun böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Nuranə Əliyeva və İdarəetmə Sistemləri İnstitutunun elmi işçisi Vüqar Həşimov isə üçüncü yerə layiq görülüblər.
Qaliblərə diplomlar təqdim olunub.