Bu gün “Kempinski Badamdar” mehmanxanasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elmlər Bölməsi və Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “HEYDƏR ƏLİYEVİN AQRAR İSLAHATLARI ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN ƏSASIDIR” mövzusunda Elmi-praktiki konfrans keçirilmişdir.
Konfrans 6 seksiyada işini davam etdirmişdir:
1. Azərbaycanin torpaq ehtiyyatları, torpaqların mühafizəsi və onların münbitliyinin artırılmasında yeni texnologiyaların tətbiqi
2. Müasir dövrdə Azərbaycanda geoməkan məlumatlarının idarə olunmasi
3. Torpaqların meliorasiyası, irriqasiyası, aqrokimyası- torpaq münbitliyinin əsasıdır
4. Aqrobiomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi
5. Geodeziya və kartoqrafiya – dövlət torpaq kadastrının əsası kimi
6. Təbii sərvətlərdən istifadənin ekocoğrafi problemləri və torpaqların ekoloji qiymətləndirilməsi.
Aqrobiomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi seksiyasına AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru k.t.e.d. Zeynal Əkpərov sədrlik etmişdir. Həmin seksiyada Genetik Ehtiyatlar İnstitutunun 12 əməkdaşı məruzə ilə çıxış etmişdir.