AMEA Genetik Ehtiyatlar İnstitutunda Mülki Müdafiə qüvvələrinin I xəbərdarlıq və toplanış məşqi keçirilmişdir.Tədbir illik mülki müdafiə tədbirləri planına uyğun olaraq təşkil olunmuşdur.
Məşqin keçirilməsində məqsəd, FH zamanı “Xəbərdarlıq – Toplanış” siqnalını aldıqda hərbiləşdirilməmiş dəstələrin şəxsi heyətinin davranış qaydaları təcrübəsini artırmaq, bacarıqlarını təkmilləşdirilmək və bir sıra vərdişlərin aşılanmasından ibarət olmuşdur.
Məşqdə, İnstitutun elmi işlər üzrə direktor müavini, FHK–nın sədri, professor Naib Əminov iştirak etmişdir.
İnstitutun Mülki müdafiə qərargah rəisi Eldar Əsədov baş verməsi ehtimal olunan hadisələrdən və onların baş verdiyi zaman davranış qaydaları haqqında ətraflı məlumat vermiş və sonda video-çarx nümayiş olunmuşdur.
© www.genres.az