AMEA-nın alimlərinin postdoktoral elmi tədqiqatlarının tamamlanması məqsədilə Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi üçün müsabiqə elan edilir.
Müsabiqədə elmlər doktoru dissertasiyası üzərində çalışan alimlər iştirak edə bilərlər.
Müsabiqə üçün tələb olunan sənədlərin siyahısı:
- Namizədin irəli sürülməsi haqqında AMEA-nın elmi müəssisəsinin direktorunun təqdimat məktubu;
- AMEA-nın elmi müəssisəsinin elmi şurasının qərarı (elmlər doktoru dissertasiyasının hazırlıq dərəcəsi göstərilməklə);
- Avropanın elmi müəssisəsi və ya universitetindən razılıq məktubu (tədqiqat üçün tələb edilən müddət və həmin müddət üçün maliyyə – yaşayış, sığorta və laboratoriya xərcləri qeyd edilməklə);
- Namizədin ali təhsil, elmi dərəcə və elmi adları haqqında diplomlarının surəti;
- Tərcümeyi-hal (CV);
- Elmi əsərlərin siyahısı;
- Şəxsiyyət vəsiqəsinin surəti.
Sənədlər AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim edilməlidir.
Müraciət üçün son tarix 20 aprel 2018-ci ildir.
Tel.: (+994 12) 497 21 28, 492 54 93.
Ünvan: Bakı ş., İstiqlaliyyət küç. 30, Rəyasət Heyətinin binası, otaq 501.
© www.science.gov.az