XƏBƏRLƏR
16:13, 01.03.2018
AMEA Genetik Ehtiyatlar İnstitutunda “1mart Beynəlxalq Mülki müdafiə günü” qeyd olundu

 

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda “1mart Beynəlxalq Mülki müdafiə  günü” ilə əlaqədar tədbir keçirilmişdir.

         Tədbiri giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini, professor Naib Əminov açmışdır. Sonra institutun Mülki müdafiə qərargah rəisi Eldar Əsədov “Mülki müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusu üzrə çıxış etmiş, mülki müdafiənin yaranma tarixindən, onun vəzifələrdən, əhalinin sözügedən sahədə hazırlanması qaydalarından danışmış və suallar cavablandırılmışdır.

 

©  www.genres.az