13:13, 23.11.2017
AMEA Genetik Ehtiyatlar İnstitutunda rəhbər heyətin Mülki Müdafiə məşqi keçirilmişdir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) Rəhbər heyətin Mülki Müdafiə (MM) məşqi keçirilmişdir.
Məşqi giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov açmış, MM-in əsas vəzifələrindən, keçirilən tədbirlərin məqsədindən və əhəmiyyətindən bəhs etmişdir. Daha sonra institutun MM qərargah rəisi Eldar Əsədov GEİ-nin baş planı, obyektdə baş verməsi ehtimal olunan fövqəladə hadisələr haqqında məlumat vermişdir. O, sözügedən plana uyğun yaranmış şəraitdən asılı olaraq, nəzərdə tutulmuş tədbirlər və idarəetmənin təşkili haqqında ətraflı danışmış və tədbir iştirakçılarının sualları cavablandırmışdır.