XƏBƏRLƏR
21:22, 26.10.2017
AMEA Genetik Ehtiyatlar İnstitutunun seminar şurasında daha bir dissertasiya işi müzakirə edildi

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda növbəti seminar keçirilmişdir. Tədbirdə institutun Bitki fiziologiyası şöbəsinin elmi işçisi, doktorant Elçin Hacıyev “Genetika” ixtisası üzrə biologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq məqsədilə “Bərk (T.durum Desf.) və yumşaq buğda (T.aestivum L.) genotiplərinin terminal istiliyə davamlılığının və genetik müxtəlifliyinin tədqiqi” mövzusunda dissertasiya işini seminar iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədqiqatın aparılmasında əsas məqsəd Milli genbankda saxlanılan bərk və yumşaq buğda nümunələrinin terminal istiliyə davamlılığını qiymətləndirmək, davamlı formalardan ibarət əlamət kolleksiyası yaratmaq və eləcə də tədqiq edilən nümunələrin genetik müxtəlifliyini biomorfoloji və molekulyar markerlərlə tədqiq edərək özək kolleksiyaları yaratmaq və onlardan seleksiyada istifadənin elmi əsaslarını hazırlamaqdan ibarət olmuşdur.

Mövzu iştirakçılar tərəfindən yüksək qiymətləndirilmiş, müzakirələr aparılmış və Dissertasiya şurasının seminarında dinlənilməsi təklif olunmuşdur.

 

FOTO>>>

 

©  www.genres.az