23:39, 28.09.2017
AMEA Genetik Ehtiyatlar İnstitutunda “Web of Science”-la bağlı seminar keçiriləcək
Hörmətli həmkarlar! Sentyabr ayının 29-u saat 10.00-da institutda “Thomson Reuters” agentliyinə məxsus “Web of Science” elmi analitik bazası haqqında seminar keçiriləcək. Nüfuzlu elmi nəşrlərin əhatəli toplusuna malik platforma elmin müxtəlif sahələri üzrə axtarış, analiz və biblioqrafik informasiyanın asanlıqla əldə edilməsinə imkan verir. Seminarda “Web of Science” bazasının interfeysi, kolleksiyaları, elmi sahəyə uyğun jurnalların seçilməsi, istinadların analizi, axtarış sorğusunun tərtib edilməsi, sorğunun dəqiqləşdirilməsi və nəticələrin analizi, müəllif və istinad olunma göstəriciləri, istifadəçinin profili və s. barədə məlumat veriləcək. Arzu edənlər iştirak edə bilər.