XƏBƏRLƏR
15:10, 25.09.2017
AMEA Genetik Ehtiyatlar İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda Elmi Şuranın iclası keçirilmişdir. İclasda 2017-2018-ci tədris ilində İnstitutun magistraturasına “İnsan genetikası”, “Genetika” və “Bitkilərin seleksiyası” ixtisasları üzrə qəbul olunan magistrantların dissertasiya mövzuları müzakirə edilərək təsdiq olunmuşdur. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov bildirmişdir ki, təqdim olunan mövzuların hamısı beynəlxalq elmi təşkilatlar və xarici ölkələrin tanınmış alimləri ilə birgə ən müasir avadanlıqlardan istifadə edilməklə yerinə yetiriləcəkdir.

      Bundan başqa, İnstitutun elmi əsərlərinin Thomson Reuters-in tələblərinə uyğun hazırlanması və dövri nəşrinin təmin edilməsi üçün tədbirlər, mövzu planına uyğun tədqiqatların yekunlaşdırılması, elmi seminarların təşkili, institutda təhlükəsizlik məsələlərinin gücləndirilməsi və s. məsələlər üzrə müzakirələr aparılmışdır. 

 

FOTO>>> 

 

©  www.genres.az