21:20, 19.09.2017
Smartfonla ürəyin fəaliyyətini qiymətləndirmək mümkün olacaq
ABŞ-ın Caltech İnstitutunun alimləri adi smartfonun köməyi ilə ürəyin fəaliyyətini qiymətləndirən proqram hazırlayıblar.
AZƏRTAC futurist.ru saytına istinadla xəbər verir ki, xüsusi proqram smartfonun kamerasını diaqnostika üçün qadcetə çevirir. Onu iki dəqiqə ərzində boyunda saxlamaq lazımdır. Bundan sonra kamera yuxu arteriyasından keçən qanın miqdarını və ürəyin fəaliyyətini qiymətləndirir.
Smartfondan istifadə zamanı yanlışlıq 19 faiz təşkil edib. Bu göstərici standart ultrasəs müayinə zamanı 20 faizə bərabərdir. Prosedur üçün smartfona 2 dəqiqə kifayət edir, exokardioqrafiya isə 30-60 dəqiqə davam edir. Sınaq zamanı “iPhone 5”dən istifadə edilsə də, həkimlər istənilən müasir smartfonun uyğun gələcəyini bildiriblər.
© azertag.az