ELANLAR
22:59, 14.09.2017
İnkişaf Bankı (İİB) tərəfindən “Elm və texnologiya” nominasiyası üzrə mükafatlandırmanın həyata keçirilməsi nəzərdə tutulmuşdur

Mükafat hər il İİB  üzv dövlətlərinə aşağıda göstərilən 3 kateqoriya üzrə  verilir: 

  1. Üzv ölkənin sosial-iqtisadi inkişafına çox əhəmiyyətli elmi və ya texnoloji töhfə;
  2. Mühəndislik, kənd təsərrüfatı, tibb, biotexnologiya, informasiya texnologiyaları, optroniks, materialşünaslıq, əczaçılıq, sənaye  mikroelektronikası, nanotexnologiya və  alternativ enerji mənbələri üzrə elmi sahələrə edilmiş çox əhəmiyyətli töhfələr;
  3. İİB-nın az inkişaf etmiş üzv dövlətlərində uğurlu elmi-tədqiqat institutları.  

 

Mükafat ilə əlaqədar ətraflı məlumatı və ərizə formasını İİB-nin rəsmi internet səhifəsindən (www.isdb.org)  əldə etmək olar. Qaliblər İİB-nin  Müdirlər Şurasının  3-5 aprel 2018-ci il tarixlərində Tunis Respublikasında  keçiriləcək 43-cü illik Toplantısı zamanı  mükafatlandırılacaqdır.

Namizəd  haqqında məlumat və ərizə  forması 30 noyabr 2017-ci il tarixinə  qədər idbprize@isdb.com ünvanına təqdim dilməlidir.

Namizədlər haqqında məlumatların 25 noyabr 2017-ci il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatı Beynəlxalq əlaqələr idarəsinə təqdim edilməsini xahiş edirik.  

Əlavə məlumat üçün  AMEA Rəyasət  Heyəti  aparatı Beynəlxalq əlaqələr idarəsinə müraciət edilə bilər. 

 

 

Beynəlxalq Əlaqələr İdarəsi

Telefon : (+994 12) 4923446

Faks: (+994 12) 4926651

E-maildir@science.az

 

©  http://bteb.science.gov.az/