ELANLAR
14:21, 14.09.2017
İslam İnkişaf Bankı (İİB) tərəfindən “Qadınların inkişafa töhfəsi” nominasiyası üzrə mükafat müsabiqəsi elan olunmuşdur

Mükafalandırmanın məqsədi sosial-iqtisadi inkişaf prosesində qadınları ruhlandırmaq və təltif etməkdə ibarətdir. Qaliblər İİB-in Müdirlər Şurasının 3-5 aprel 2018-ci il tarixlərində Tunis Respublikasında keçiriləcək 43-cü toplantısı zamanı mükafatlandırılacaqlar.

Namizədlər ərizə formasını və müvafiq məlumatları 30 noyabr 2017-ci il tarixinə qədər idbprize@isdb.com ünvanına göndərməlidirlər. Ətraflı məlumat və müraciət formalarını İİB-in rəsmi internet səhifəsindən (www.isdb.org) əldə etmək olar.  

Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının

Beynəlxalq əlaqələr idarəsinə müraciət edilə bilər. 

 

AMEA Beynəlxalq Əlaqələr İdarəsi

Telefon : (+994 12) 4923446

Faks: (+994 12) 4926651

E-maildir@science.az

 

 

©  http://bteb.science.gov.az/