08:58, 03.05.2013
Azərbaycanlı fəlsəfə doktorları üçün Koreyada tədqiqat imkanı
Koreyanın universitet və institutlarında elmi-tədqiqat aparmaq məqsədilə xarici tədqiqatçılar üçün Postdoktoral (fəlsəfə doktorluğu müdafiəsindən sonra) Təqaüd Proqramı təsis olunmuşdur.
Proqram çərçivəsində Koreya Milli Tədqiqatlar Fondu 40 yaşına çatmamış xarici tədqiqatçılara öz ixtisasları üzrə koreyalı məsləhətçilərlə birgə müəyyən olunmuş plan çərçivəsində tədqiqatlar aparmaq üçün təqaüd təmin edir. Təqaüdlər 6-12 ay müddətinə verilir.
Təqaüdün təsisçiləri Koreyanın elmi-tədqiqat institutları və universitetləridir. Tədqiqat sahələri Təbiət Elmləri və Mühəndislik sahələrini əhatə edir.
Təqaüd proqramına müraciət üçün qoyulan tələblərlə tanış olmaq və lazımi formaları əldə etmək üçün “keçidə” daxil olmaq lazımdır.