AMEA Gənc Alim və Mütəxəssislər Şurası "Gənc tədqiqatçı" jurnalı növbəti sayı üçün məqalə qəbulu elan edib. 01 iyun 2017-ci il tarixindən 01 noyabr 2017-ci il tarixinə qədər olan müddətdə Akademiyanın institut və təşkilatlarında, eləcədə respublikamızın digər elmi və təhsil müəssisələrində çalışan və 40 yaşa qədər gənc alim, elmi işçi, doktorant, magistr və bakalavr tələbələr məqalə təqdim edə bilər. Məqalələr aparılan elmi tədqiqatın ən mühüm elmi nəticə və nailiyyətlərini özündə əks etdirməli və heç bir yerdə dərc edilməmiş olmalıdır.
Məqalə hazırlanarkən aşağıdakı qaydalara əməl olunması xahiş olunur.
Məqalələrin tərtibatı qaydaları
Məqalənin əsas strukturu
Xülasə, giriş, tədqiqatın metodları, əsas nəticələr və onların müzakirəsi, nəticələr, istinad olunan ədəbiyyat mənbələri.
Məqalənin mətni
Məqalə, ümumi həcmi – 10 səhifədən çox olmamaqla; redaktor – Microsoft Word; şrift – Times New Roman; ölçülər – soldan, sağdan və aşağıdan 2,0 sm, yuxarıdan 3,0 sm; sətirlər arası interval – 1; şriftin ölçüsü – 12; səhifə – A4 formatında tərtib olunmalıdır.
Məqalənin adı – sətirin ortasından qalın (Bold) baş hərflərlə; müəllif(lər)in inisial(lar)ı və soyad(lar)ı – bir interval buraxılmaqla növbəti sətrin ortasından qalın (Bold) hərflərlə; təşkilatın adı, şəhər və ölkə – növbəti sətrin ortasından kursiv (İtalic) hərflərlə (müəlliflər müxtəlif təşkilatlardan olduqda, müəssisələrin adlarından əvvəl artma ardıcıllığı ilə rəqəmlər yazılmalı və həmin rəqəmlər sətirüstü indeksdə müəlliflərin soyadlarından sonra göstərilməlidir) verilməlidir.
Məqalənin xülasəsi – növbəti sətirdən bir interval buraxılmaqla kursivlə (İtalic), 12 şrift ölçüsü ilə yazılmalıdır. Xülasə həcmcə qısa (150 sözdən az), mahiyyətcə məqalə haqqında tam informasıyanı təmin etməlidir.
Məqalənin açar sözləri növbəti sətirdən xülasə üçün tələb olunan qaydada yazılmalıdır və 8 söz/söz birləşməsindən artıq olmamalıdır.
Bütün kəmiyyətlərin ölçüləri Sİ vahid sistemində göstərilməlidir. Sıralanmış düsturlar mütləq yeni xətdən (abzasdan) yazılmalıdır. Sıralanma bütün məqalə üzrə ardıcıl və yalnız müraciət olunmuş düsturlara aid olmalıdır. Məqalədə qarışıq (rus və latın) indekslərdən istifadə olunmamalıdır.
Cədvəllərin nömrəsi və adı onların üstündə verilməli və mətndə onlara istinad edilməlidir. Cədvəllər bir səhifədən digərinə keçirilməməlidir. Onlarda olan qrafaların başlıqları olmalıdır və xətlərlə bir-birindən ayrılmalıdır. Cədvəllərdə qısaldılmış sözlərə yol verilməməlidir. Bütün cədvəllər Microsoft Word və ya Microsoft Exel proqraminda tərtib olunmalıdır.
Şəkillərin (qrafik, xəritə, sxem və s.) hər biri tərtib olunduğu proqramdan asılı olmayaraq vahid obyekt şəklində (ayrı-ayrı şəkillərin süni surətdə birləşdirilməsi yolverilməzdir) həm mətnin içərisində (onlara istinad edilməklə), həm də fayl şəklində JPEG (*.jpeg, *.jpg) formatında verilməlidir (başqa formatlar qəbul olunmur). Şəkilaltı yazı “Şək.” sözü ilə nişanlanmalı, ərəb rəqəmləri ilə ardıcıl nömrələnməli və adları göstərilməlidir.
Düsturlar və formullar Microsoft Equation 3 redaktorunda yığılmalıdır. Düsturun nömrəsi sağda mötərizədə yazılır. Düstur yazılan sətrin uzunluğu 8 sm-dən böyük olmamalıdır (düsturun nömrəsi daxil olmaqla) və onun davamı sətirdən-sətrə və riyazi qayda gözlənilməklə keçirildikdə 8 sm kifayət etmirsə, onda düsturun nömrəsi daxil olmaqla uzunluq 16,5 sm-dən böyük olmamalıdır.
Ədəbiyyat siyahısı
Məqalədə istifadə olunmuş ədəbiyyat siyahısı mətnin sonunda qaynaqlara verilən istinada (kvadrat mötərizədə) uyğun nömrələnmiş ardıcıllıqla verilməlidir.
Bütün istinadlar orijinal dildə verilməlidir.
Aşağıda ədəbiyyat siyahısının tərtibi üçün nümunələr göstərilir.
Kitablar
А.Х. Мирзаджанзаде, А.Х. Шахвердиев. Динамические процессы в нефтегазодобыче. Системный анализ, диагноз, прогноз. М.: Наука, 1997.
De Genntc P.G. The Physics of Liquid Crystals. London: Cambridge Univ. Press, 1974
Jurnallar
O.R. Abbasov. Oil Shale of Azerbaijan: Geology, Geochemistry and Probable Reserves // IJRSSET – International Journal of Research Studies in Science, Engineering and Technology. – 2015. – Vol. 2, Issue 10. – P. 31–37.
Ак.А. Али-заде, Э.Г. Алиева. Стратиграфическая архитектура плейстоцен голоценового коплекса Каспийского Региона // Труды Института геологии НАН Азербайджана. – Баку. – №31. – 2004. – С. 64-76.
Dissertasiyalar
Б.Г. Каландаров. Полиметаллические рудные формации Малого Кавказа. Диссерация на соискание ученой степени доктора геолого – минералогических наук. Баку: НАН. Азербайджана. Институт Геологии. 2010.
Müəlliflik şəhadətnaməsi və patentlər
Mohamed Zerhboub. Product and process for acid devirsiоn in the treatment of subterranean formations // U.S. Patent №5203413, 1993
Б.А. Сулейманов, А.Х. Шахвердиев и др. Способ разработки нефтяной залежи // Патент РФ №2178067, 2002
Konfranslar, simpoziumlar, müşavirələr
Abbasov O.R., Baloglanov E.E., Akhundov R.V. Organic compounds in ejected rocks of mud volcanoes as geological and geochemical indicators: a study from Shamakhi-Gobustan region (Azerbaijan) // International Multidissiplinar Forum “Academic Science Week-2015”. – Baku, 2015. – P. 3–4.
Digər dillərdə xülasə
Məqalələrin yazıldığı dildən başqa, onların digər iki dildə xülasəsi və açar sözləri təqdim olunmalıdır. Xülasələr, məqalənin orijinal dildə yazıldığı qaydalar çərçivəsində verilməlidir.
Məqalənin adı, müəllif(lər)in inisial(lar)ı və soyad(lar)ı, təşkilatın adı, şəhər və ölkə haqqında məlumatlar məqalənin əvvəlində göstərildiyi kimi xülasələr üçün də eyni qaydalar çərçivəsində verilməlidir
Əcnəbi tədqiqatçılar tərəfindən təqdim olunan məqalələrin (rus və ingilis dillərində) xülasələrinin və açar sözlərinin azərbaycan dilinə tərcüməsini Redaksiya öz öhdəsinə götürür.
Təşəkkürlər
İşin yerinə yetirilməsində kömək və maddi yardımlara görə təşəkkürlər məqalənin sonunda verilir.
Məqalələrin təqdimatı
Məqalələr aşağıdakı ünvana göndərilməlidir: AZ1073, Azərbaycan Respublikası, Bakı şəhəri, Cavid propekti, 115 (“Gənc Tədqiqatçı” Jurnalının Redaksiyası. Tel.: (+994 12) 5392579, Mob.: (+994 50) 503 57 36, e-mail: genctedqiqatchi@gmail.com.
Müəssisədə yerinə yetirilən tədqiqatların nəticələrini əhatə edən məqalələr müəssisə rəhbərliyi tərəfindən imzalanmış məktub ilə müşayiət olunmalıdır.
Məqalənin əlyazması da yuxarıda qeyd olunan ünvana təqdim olunur və elektron variantla eyni olmalıdır. Məqalənin əlyazmasında bütün müəlliflərin imzası olmalıdır. Ayrı vərəqdə müəlliflər haqqında məlumat təqdim olunmalıdır: adı, soyadı, atasının adı, işlədiyi yer, xidməti ünvan, telefon, elektron ünvan.
Düzəlişlərlə əlaqədar müəllifə göndərilmiş məqalə yeni variantda Redaksiyaya 2 həftə ərzində qaytarılmalıdır. Bu müddətdən artıq vaxt keçərsə məqalə Redaksiyaya rədd olunmuş hesab olunacaq.
Qeyd olunan tələblərə cavab verməyən məqalələr qaytarılır.
Məqalədə göstərilən məlumat və faktlara görə müəllif məsuliyyət daşıyır.
Redaksiya Heyəti tərəfindən qaytarılan məqalələrə təkrar baxılmır.
Jurnal haqqında
Nəşr edən: Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası
Dövrilik: ildə 2 buraxılış
Çap ISSN: 2409-4838
Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının rəsmi elmi nəşri olan “Gənc Tədqiqatçı” adlı Multidissiplinar Elmi Jurnal 2015-ci ildən AMEA Rəyasət Heyətinin 12.03.2015 tarixli 8/4 saylı Qərarı ilə nəşr edilir. Jurnal müxtəlif elmi istiqamətlər üzrə araşdırmalar aparan gənc alimlərin, doktorantaların, magistrlərin və elmi təqiqatçıların əldə etdiyi nəticələrdən bəhs edən məqalələrin geniş platformada işıqlandırılması məqsədilə çap olunur.
“Gənc tədqiqatçı” jurnalı Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 31.03.2017-ci il tarixli (Prot.№06-R) iclasının Qərarı ilə pedaqogika elmləri istisna olmaqla, qalan bütün elmlər üzrə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilmişdir.
Elmi nəşrə, müəllif və ya yaradıcı kollektiv (həmmüəlliflər) tərəfindən hazırlanan, həmçinin əvvəllər “online” və ya çap versiyasında heç bir nəşriyyatda yayımlanmayan məqalələr aşağıdakı elmi bölmələr üzrə qəbul edilir:
Fizika-riyaziyyat və texnika elmləri
Məqalələr üc dildə (azərbaycan, rus və ingilis) qəbul edilir.
Təqdim olunan əsərlərin nəşrə hazırlanması və təqdimi ilə əlaqədar müvafiq prosedurları sadələşdirmək və sürətləndirmək məqsədilə müəllif(lər) ücün standart qaydalar müəyyənləşdirilib.
Redaksiyanın ünvanı: AZ1073, Azərbaycan, Bakı ş., Cavid pr., 115.
Tel.: (+994 12) 5392579
Mob.: (+994 50) 503 57 36
E-mail: genctedqiqatchi@gmail.com