BBC Azərbaycan saytında bu barədə maraqlı məlumat verilmişdir.
Heç keçmişdəki hadisələri yadınızdan çıxardığınız olubmu? Xoşbəxtlikdən xatirələri unutmamağın sadə bir üsulu var.
Olubmu ki, eşitdiyimiz maraqlı bir şeyi - filmdən bir səhnə, bir zarafat və ya mahnı - sonradan unudasınız?
Nəyisə aydın yada salmaq əvəzinə, qarışıq görüntülər, dolaşıq cümlələr və ən pisi heç nə xatırlamamaq başınıza gəlməmiş olmaz.
Hətta, kino ulduzu ilə görüş qədər əvəzolunmaz anlar da bəzən yaddaşımızdan silinib gedir.
Bununla belə, həmin xatirələri yenidən yaddaşımıza qaytarmaq mümkündür.
Sussex Universitetindən Chris Bird-un apardığı bir tədqiqat belə deyir. Bunun üçün sizə bir dəqiqədən də az vaxt və təxəyyül lazım gələcək.
Bird bu yaxınlarda bəzi tələblərdən beyin skanerində uzanıqlı halda YouTube-dan qısa kliplər izləmələrini istəyib (buraya məsələn, qonşuların bir-birinə etdiyi zarafatlar olan videolarda daxil olub).
Bəzi kliplərdən dərhal sonra onlara həmin klipi beyinlərində təkrarlamaq üçün 40 saniyə verilib.
Qalan kliplər isə ardıcıllıqla nümayiş etdirilib.
Məlum olub ki, hadisələri beyində təkrarlayıb, təsvir etdikdə onlar təxminən bir həftə sonra belə, dəqiq yadda qalır.
Ümumilikdə tələbələr, iki dəfə daha çox detalı xatırlamış olublar. Özünüz də sınamaq istərdinizmi? Aşağıdakı qısa video testə baxaraq yoxlaya bilərsiniz.
Bird eləcə də, beyin görüntülərinin yaddaşın gücünü əks etdirdiyini müəyyənləşdirib: beyin aktivliyi təsvir məqsədilə yaxından izləməli olduqları videolarda daha yüksək olub.
Tələbələr sonrakı xatırlama üçün möhkəm özül qoya biliblər.
Bu, onların hadisəni təsvir edərkən səylərindən asılı ola bilər.
Həmçinin, tələbələrin hadisələri başqa xatirələrlə bağlamaqlarından da irəli gələ bilər.
Məsələn, bir tələbə klipdəki şəxsi James Bond ilə müqayisə edibmiş.
Başqa sözlə, nəyisə unutmamaqdan ötrü onu özünüz üçün təsvir etməyə çalışın və ən yaddaqalan detalı təkrarlayın.
Bird bunun məhkəmə zalında nə qədər faydalı olacağını təxmin edir.
"Dəqiq xatırlamaq, qəza və ya cinayət kimi çətin məqamlar üçün əlverişli ola bilər," o deyir.
"Əgər şahid, hadisələrdən mümkün qədər az müddət sonra, yaşananları ardıcıllıqla təkrarlasa, yaddaşı güclü inkişaf edə bilər."
Bu, yadda saxlamağa dəyər şeylər üçün də keçərlidir.
http://www.bbc.com/azeri/vert-fut-41015372