XƏBƏRLƏR
16:04, 01.09.2017
Xərçəng hüceyrələrini tamamən yox edən bir müalicə metodu tapıldı

www.bbc.com/turkce saytında İsveç elm adamlarının xərçəng hüceyrələrini öldürən, mövcud müalicələrdən daha çox təsirə malik olan xərçəngin yeni müalicə metodunun hazırladıqları qeyd olunmuşdur. 

Qlazqov Universitetində hazırlanan və CICD (Kaspaz Müstəqil Hüceyrə Ölümü) adı verilən yeni metodun şişləri tamamən aradan qaldıra biləcəyini və xəstəliyin təkrarlanmasının qarşısını ala biləcəyini bildiririlr.

Təqdiqatın nəticələri elmi jurnal olan Nature Cell Biology-da dərc olunmuşdur.

Kimya terapiyası, radioterapiya və immunoterapiya kimi mövcud müalicələr apoptozis olaraq tanınan metoda əsaslanır.

Bu metodda kaspaz adlanan proteinlər aktivləşdirilərək xərçəng hüceyrələr öldürülür.

Lakin bu müalicələrin yan təsir riskləri olması ilə yanaşı xərçəng hüceyrələrin hamsını öldürə bilmir və sonda xəstəlik təkrarlana bilir. 

Tədqiqata rəhbərlik edən Dr. Stephen Tait: “Şişləri tamamilə gerilədən bu metod xərçəngin müalicəsində daha çox təsirli olacaq. Əslində müalicədə bütün şiş hüceyrələrini öldürməyə ehtiyac yoxdur. Çünki qalan şiş hüceyrələrini tamamilə təmizləyən və dolayısıyla xərçəngi aradan qaldıran bir immun reaksiyasını ortaya çıxardıq” dedi. (http://www.bbc.com/turkce/haberler-41098590?ocid=socialflow_facebook)

 

© www.genres.az