00:23, 31.08.2017
Britaniyada infarkt riskini azaldan yeni dərman kəşf edilib
Britaniyalı mütəxəssislər infarkt riskini azaldan yeni dərman kəşf ediblər.
www.bbc.com saytı xəbər verir ki, dörd il ərzində 40 ölkədə 10 min xəstənin üzərində aparılan araşdırma zamanı antienflamatuar dərmanların infarkt riskini azaltdığı məlum olub. Mütəxəssislər araşdırmaların müsbət nəticə verdiyini bildiriblər. Bu dərmanlardan istifadə edən xəstələr arasında infarkt riski 15 faiz azalıb.
İngiltərə Ürək Vəqfi bu araşdırmanın nəticələrinin müsbət olduğunu və kəşf edilən yeni preparatın xəstələrə yaxşı təsir göstərdiyini bildirib.