ABŞ alimləri iflici müalicə edən dərman preparatı işləyib hazırlayıblar.
mir24.tv saytı xəbər verir ki, Harvard Tibb Məktəbinin mütəxəssisləri bu sahədə tədqiqat aparırlar. Onlar beyin ilə hərəkət sistemi arasında iflic nəticəsində pozulmuş əlaqəni bərpa edən molekulyar kokteyl işləyib hazırlayıblar.
Yeni preparat iki zülalın molekulları – insulinəbənzər böyümə faktoru 1(IGF1) və osteopontin (OPN), habelə 4-aminopiridin-3-metanol (4-AP-3) sintetik hormonu əsasında yaradılıb. İlk sınaqlar laboratoriya gəmiriciləri üzərində aparılıb. Bu preparatın siçanlara yeridilməsi onurğa beynində aksionların çoxalmasına kömək edib.
Tədqiqatçılar qeyd edirlər ki, baş beynin qabıqaltı nahiyəsində belə təsir müşahidə olunub. Sınaqların nəticələri əyani şəkildə nümayiş etdirib ki, yeni preparat heyvanların bərpası sürətini əhəmiyyətli dərəcədə artırır. Belə ki, iflic olmuş siçanlarda artıq üç aydan sonra reflektor hərəkətlər müşahidə olunmağa başlayıb və onlar bədənin iflic olmuş nahiyəsində pəncələrin hərəkətinə şüurlu nəzarət edə bilib. Alimlər hazırda bu sınaqları insanlar üzərində davam etdirmək istəyirlər.
Qeyd edək ki, iflicin altı növü var. Hazırda bu xəstəliyin müalicəsinin bir neçə metodu mövcuddur. Əzələ atrofiyasının qarşısını alan funksional elektrostimulyasiya bu qəbildən olan metodlar sırasındadır.

© www.science.gov.az