Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasında keçirdiyi əməliyyatdan və ona göstərilmiş yüksək xidmətdən razı qalan vətəndaş AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanova təşəkkür məktubu göndərmişdir. Məktubda deyilir:
"Hörmətli Əhliman müəllim.
Mən, Sizə onkoloji problemim olduğu üçün müraciət etmişdim. Çox sağ olun ki, mənim vəziyyətimi nəzərə alaraq məni Yasər həkimin yanına göndərdiniz. O da məni Lalə xanımın şöbəsinə yönləndirdi və mən təcili əməliyyat olundum. Qeyd edim ki, əməliyyat uğurlu oldu və analizlərim də qənaətbəxşdir.
Mən fəxr edirəm ki, Azərbaycanda sizin kimi ziyalı, insan kimi insan vardır. Mən, Sizə və kollektivinizə öz adımdan, həm də ailəm adından təşəkkürümü bildirirəm.
Əhliman müəllim onu da Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bütün mənə göstərilən xidmətlər tam təmənnasız edilmişdir.
Bir daha Sizə minnətdarlığımı bildirirəm.
02 avust 2017-ci il"
© http://bteb.science.gov.az/