XƏBƏRLƏR
15:39, 24.08.2017
İstifadə müddəti bitmiş məhsulları müəyyən edən etiketlər hazırlanıb

Amerikalı alimlər qida məhsulları və kosmetik vasitələrin yararlılıq müddətini müəyyən edən etiketlər hazırlayıblar.

mir24.tv saytının məlumatına görə, etiketlər xüsusi maddə ilə işlənmiş kağızdan hazırlanıb. Bu maddə potensial təhlükəli kimyəvi birləşmələrlə qarşılıqlı təsir zamanı rəngini dəyişir. İxtiraçı Silvana Andresku bildirib ki, bu etiketləri müxtəlif məqsədlər, eləcə də qidada olan təhlükəli bakteriyaların aşkarlanması üçün istifadə etmək olar.

Etiketlərin sınaqdan keçirilməsi zamanı alimlər onların köməyilə kif göbələklərinin istehsal etdiyi və taxıl, qəhvədə tez-tez rast gəlinən zəhərli okratoksin A maddəsinin mövcudluğunu aşkar ediblər. Alimlər ümid edirlər ki, etiketlər bağırsaq çöpü, salmonella və digər təhlükəli mikroorqanizmləri aşkar edə biləcək.

 
 
 
© www.ict.az