XƏBƏRLƏR
15:34, 24.08.2017
"Elm texnologiyaları innovasiya siyasəti və sənayesi" mövzusunda keçirilən təlim-seminar başa çatıb

Koreyanın Elm, Texnologiya və Siyasət İnstitutu (STEPI) Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin (IICC) nümayəndələrinin AMEA Yüksək Texnologiyalar Parkının əməkdaşları üçün "Elm texnologiyaları innovasiya siyasəti və sənayesi" mövzusunda keçdiyi təlim-seminar başa çatıb.

Seminarın keçirilməsində əsas məqsəd Koreyanın innovasiyaların sənayedə tətbiqi sahəsində təcrübəsinin öyrənilməsi, həmçinin Koreya ilə Azərbaycan arasında elm və texnologiya sahəsində davamlı əməkdaşlığa nail olmaq idi.

4 gün davam edən seminarda “Elm texnologiyası siyasətinin həyata keçirilməsi”, “Elm, texnologiya və innovasiya parklarının idarəedilməsi”, “Mill-regional innovasiya sisteminin  yaradılması” kimi mövzulara toxunulub. Elm, texnologiya və innovasiya siyasətinin milli innovasiyada oynadığı mühüm rol, Koreya iqtisadiyyatını yüksəltməyə yönəlmiş elm, texnologiya və innovasiya siyasətində əldə olunan nailiyyətlərə dair məruzələr dinlənilib. Həmçinin Azərbaycanın elm və texnologiya siyasətinin cari vəziyyəti və qarşılaşdığı problemlər müzakirə olunub.

Seminarın sonuncu günü iştirakçılara sertifikatlar təqdim olunub. 

 

 

© www.science.gov.az