XƏBƏRLƏR
13:50, 12.03.2013
"Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuraları" və "Prioritet fəaliyyət istiqamətləri üzrə işçi qrupları"nın ümumiləşdirilmiş iclası keçirilmişdir

12 mart 2013-cü  il tarixində "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuraları" və "Prioritet fəaliyyət istiqamətləri üzrə işçi qrupları"nın ümumiləşdirilmiş iclası keçirilmişdir.

İclasda "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuraları" və "Prioritet fəaliyyət istiqamətləri üzrə işçi qrupları"nın məqsəd və vəzifələri müzakirə edilmiş, respublikada ümumi seleksiya işlərinin aparılması və istiqamətlərinin müəyyənləşdirilməsi, Azərbaycanda olan mədəni bitkilər və onların yabanı əcdadlarından ibarət olan kolleksiyalara ümumi nəzarətin həyata keçirilməsi üçün  Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnamələrə uyğun olaraq, müvafiq sahələrdə mövcud olan problemlər və perspektivləri əhatə edən fəaliyyət dairələri müəyyənləşdirilmişdir.