XƏBƏRLƏR
12:16, 25.07.2017
Genetika sahəsində son 10 ilin ən böyük elmi araşdirmaları
  1. Kök hüceyrədə böyük inqilab

Yapon elm adamı Şinya Yamanaka, 2007-ci ilin noyabr ayında, insan embrionu istifadə etmədən kök hüceyrə çıxarıla biləcəyini sübut edərək,elm dünyasının qanını donduracaq bir kəşfə imza atdı.Yamanaka, Kyoto Universiteti laboratoriyasında, insan embrionu istifadə etmədən kök hüceyrə çıxarıla biləcəyini, siçanlardan alınan dəri hüceyrələri üzərində genetik oynamalar edərək gösterdi.Eksperiment nəticəsində əldə edilən kök hüceyrənin insan embrionu istifadə edilmədən çıxarılması, kök hüceyrə üzərində aparılan təcrübələrə qarşı olan qurumları narahat etməyəcək olması səbəbindən də böyük əhəmiyyət kəsb ediridi.Qısaca iPS olaraq adlandırılan, yeni inkişaf etdirilmiş kök hüceyrə tipi, yetkin dəri hüceyrələrinə dörd gen yerləşdirərək alınır.Bədəndəki 220 hüceyrə tipindən hər hansı birinin saysız nüsxəsini meydana gətirmə qabiliyyətinə malik rüşeym kök hüceyrələr kimi rəftar etməyə başlayan iPS hüceyrələri, xəstənin öz yetkin hüceyrələrindən törədildiyi üçün immunitet sistemi tərəfindən rədd edilmə riski də daşımır .Həmçinin iPS hüceyrələri, embrionlardan törədilmədiyinə görə böyük bir əxlaqi və dini problemə gətirib çıxarmır.

  1. Klonlaşdırma

Klonlaşdırma erası, 1997-ci ildə ilk məməlinin, Dolly adı verilən bir qoyunun klonlaşdırılmasıyla başladı. Dolly-nin ardınca 2000-ci ildə bir meymun klonlaşdırıldı.Beləliklə dünyanın fərqli yerlərində bir çox alim, bu iki nümunənin ardından at, inək və pişik kimi bir çox heyvan növünü klonlaşdırmağı bacardı. 2001-ci ildə Cənub Asiya öküzü, 2009-ci ildə isə bir dəvə ilə bir bizon klonlaşdırıldı.

  1. Micro-RNT

İlk dəfə 1993-ci ildə kəşf edilən, ancaq adını 2001-ci ildə alan micro-RNT-lar, səhiyyə ilə xəstəlik arasında əhəmiyyətli bir rolu olan genetik şifrə parçacıqlarından ibarətdir. Genin necə çalışdığına nəzarət edən hüceyrələrin nizamlı fəaliyyət göstərməsi üçün tələb olunan tarazlığın təmin edilməsinə köməkçi olan bu parçacıqlar funksiyasını itirdiyində xəstəliklər ortaya çıxır.Micro-RNT-ların bu səbəbdən yeni dərmanların kəşfində çox böyük əhəmiyyəti olduğuna inanılır.

  1. Genom Zooparkı

Beynəlxalq statusa malik olan “Genom Zoopark” layihəsi ilə, bir orqanizmin DNT-sində qeyd olunan genetik məlumatların hamısının əldə olunmasına çəkilən xərclərin azaldılması planlaşdırılmışdır. 635 milyon avroya ərsəyə gələn və 10 illik fəaliyyətin nəticəsində hazırlanmış proyekt, hüceyrələrin necə fəaliyyət göstərməsinin və xəstəliklərin saysız metodlarla  öyrənilməsində iştirak edir. Elm adamları tərəfindən, Genom 10K adı verilən Genom zooparkının yaradılması, 10 min onurğalı növün qeydli genetik məlumatlarının hamısının araşdırılması məqsədin güdür.

 

 

©  www.genres.az