XƏBƏRLƏR
19:34, 19.06.2017
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı “Fulbrayt” Elmi-Tədqiqat Proqramının qalibi olmuşdur

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifova ABŞ-ın Azərbaycandakı səfirliyinin 2017-2018-ci il üçün elan etdiyi “Fulbrayt” Elmi-Tədqiqat Proqramının qalibi olmuşdur.

S.Şərifova sözügedən proqram çərçivəsində 4 ay müddətində ABŞ-ın Kaliforniya Universitetində (Davis) “Solanum chilense növündə transkriptomun RNT-nin sekvenslənməsi ilə tədqiqi” mövzusunda tədqiqat işi aparacaqdır. Tədqiqat işinin əsas məqsədi bitkilərdə normal və stress şəraitində fərqli ekspressiya olunan genlərin müəyyənləşdirilməsi və stress zamanı alternativ splaysinqin rolunun araşdırılmasıdır. Tədqiqat işi universitetin professoru Neelima Sinhanın rəhbərliyi ilə aparılacaq.

 

 

©  www.genres.az