www.donanimhaber.com saytına istinadən gen mühəndisləri tərəfindən inkişaf etdirilən ən müasir gen tənzimləmə texnologiyalarından hesab edilən CRISPR, genləri modifikasiya etmək üçün olduqca effektiv vasitədir. Belə ki, CRISPR hal-hazırda; leykoz, kistik fibrozis və oraqvari hüceyrə anemiyası kimi genetik xəstəliklərin müalicəsi üçün eksperimental tədqiqatlarda istifadə edilməkdədir.. Hal-hazırda da istifadə olunan CRISPR texnologiyasında, DNT fraqmentlərini kəsmək üçün Cas9 adlı zülaldan istifadə edilir.Western Universitetinin alimləri isə Cas9 zülalının əvəzinə TevCas9 zülalını istifadə edərək CRISPR'ın yeni bir versiyasını inkişaf etdirdilər. Bu yeni nəsil CRISPR, daha da effektiv və dəqiq nəticələr verir. Tədqiqat qrupunun gəldiyi nəticəyə görə inkişaf etdirdikləri bu yeni texnologiya daha effektiv və dəqiq olması ilə yanaşı burda həm də genlərin özünü bərpa funkiyasının da qarşısı alınır.
Tədqiqatın elmi rəhbəri olan David Edgell; hal-hazırda istifadə olunan CRISPR'ın ən böyük problemi kəsilən DNT fraqmentlərinin DNT-nin özünü bərpa funksiyası vasitəsilə əvvəlki halına geri dönməsi olduğunu və inkişaf etdirdikləri yeni nəsil CRISPR texnologiyasında bu problemin aradan qaldırıldığı bildirmişdir.
Çünki TevCas9 zülalının istifadə edildiyi yeni nəsil CRISPR texnologiyasında, DNT nümunəsi tək nöqtədən deyil, iki fərqli nöqtədən kəsilir və beləliklə DNT bərpa mexanizmi blokadaya alınır.
Western Universitetinin tədqiqatçıları bu yeni nəsil CRISPR texnologiyasını sınaqdan keçirtməyə davam edəcəklərini amma buna baxmayaraq yeni texnologiyanın yaxın zamanlarda istifadə ediləcəyinə ümid etdiklərini bildirirlər.