XƏBƏRLƏR
13:58, 19.04.2017
Nərimanov rayon 304 nömrəli məktəb-liseyin şagirdləri AMEA Genetik Ehtiyatlar İnstitutunda ekspediyada olmuşdur.

İnstitutun elmi katibi Səidə Şərifova və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Məhəmməd Eldarov şagirdlərə elmi müəssisənin tarixi, burada görülən işlər və əldə edilən nailiyyətlər barədə məlumat vermiş, onların suallarını cavablandırmışdır. Sonra qrup üzvləri institutun Biotexnologiya şöbəsində olmuş, laboratoriyalardakı cihazlar, onların işləmə prinsipləri haqqında məlumat almışlar. Ekobotanika və Sistematika şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru Aydın Əsgərov şagirdlərə Azərbaycanın zəngin bitki genetik ehtiyatları, onların mühafizəsi, toplanılması və botaniki təhlili üsulları, həmçinin institutda yaradılmış Herbari fondu haqqında məlumat vermiş, herbarilərin hazırlanma və saxlanma qaydası ilə tanış etmişdir. Daha sonra Texniki yem və dərman bitkiləri şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Məmmədova pambıq, soya və digər texniki və yem bitkiləri barədə şagirdlərə ətraflı məlumat vermişdir.

Şagirdlər sonda İnstitutun on mindən çox bitkinin toxum ehtiyatlarının mühafizə olunduğu Milli Genbankı ilə tanış olmuşlar.

 

FOTO>>>

 

©  www.genres.az