XƏBƏRLƏR
12:19, 11.04.2017
AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkpərov Türkiyəli qonaqları qəbul etmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov  07 aprel 2017-ci il tarixdə Türkiyənin Bursa şəhərində yerləşən Bursa Barama Satış kooperativinin nümayəndələri  Ramazan Işık, Durmuş Yılmaz, Mustafa Çakır və Uludağ Universitetinin Zootexniya fakultəsinin əməkdaşı professor Ümran Şahanı qəbul etmişdir.

Görüş zamanı GEİ ilə sözügedən qurum arasında gələcəkdə ipəkçilik sahəsində birgə layihələrin həyata keçirilməsi, kadr hazırlığı və texniki dəstəklə bağlı ətraflı müzakirələr aparılmışdır. Daha sonra qonaqlar İnstitutun bir sıra laboratoriyaları və Milli Genbankı ilə tanış olmuşlar.

Qeyd edək ki, qonaqlar Şəkidə “İqlim dəyişiklikləri və kimyəvi reagentlər - ipəkçilikdə yeni axtarışlar” mövzusunda keçirilən VIII Beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə səfər etmişlər.

 

 

FOTO>>>

 

 ©  www.genres.az