16:57, 07.03.2017
Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda Dissertasiya Şurası yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 03 mart 2017-ci il tarixli 21 №-li əmrinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda 2409.01- Genetika, 3103.04 - Seleksiya və toxumçuluq və 2432.01- Bioloji ehtiyatlar ixtisaslarında “Biologiya” və ya “Aqrar elmlər” üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyaların müdafiəsini keçirən ixtisaslaşdırılmış Dissertasiya Şurası (FD 01.261) yaradılmışdır.
Dissertasiya Şurasının sədri: biologiya üzrə elmlər doktoru Hacı Şıxlinski
Dissertasiya Şurasının sədr müavini: biologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva
Dissertasiya Şurasının katibi: biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifova