XƏBƏRLƏR
16:18, 01.03.2017
AMEA Genetik Ehtiyatlar İnstitutunda 1 Mart Ümumdünya Mülki Müdafiə gününə həsr edilmiş tədbir keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası  Genetik Ehtiyatlar İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə (MM) Gününə həsr olunan tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü  Zeynal Əkpərov  bu günün əhəmiyyətindən danışmışdır. O, bildirmişdir ki, əsas məqsəd əməkdaşları maarifləndirmək, baş verə biləcək təbii fəlakət və ya qəza zamanı düzgün təxliyyə olunma yollarının öyrədilməsidir. Z.Əkpərov, həmçinin  əməkdaşların fövqəladə hallara qarşı mübarizə ilə bağlı mütəmadi məlumatlandırılmasının vacibliyini vurğulamışdır.

Daha sonra çıxış edən İnstitutun MM qərargahının rəisi Eldar Əsədov mülki müdafiənin yaranması və müasir dövrdə onun əhəmiyyəti barədə məruzə etmişdir. O,bildirmişdir ki,Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə 1995-ci ildən etibarən hər il martın 1-i bütün ölkələrdə Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildən daxil olmuşdur.

Tədbirdə görülməsi vacib olan təhlükəsizlik tədbirləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

 

FOTO>>>

 

 

 ©  www.genres.az