15:54, 27.02.2017
Fevral ayının 28-i saat 10:00-da Elmi Şuranın iclası keçiriləcək
GÜNDƏLİK:
1. AMEA-nın müxbir və həqiqi üzvlüyünə vakant yerlərə seçkilərdə iştirak etmək üçün namizədlərin dəstəklənməsi ilə bağlı müraciətlərin müzakirəsi;
2. N.İ.Vavilov adına Ümumrusiya Bitki Genetik Ehtiyatları İnstitutunun Federal Tədqiqatlar Mərkəzinin əməkdaşı U.K. Kurkievin “Dağıstan Respublikasına xidmətlərinə görə” ordeni ilə təltif olunmasına namizədliyinin dəstəklənməsi barədə müraciətin müzakirəsi;
3. Doktorant və dissertantların attestasiya nəticələrinin müzakirəsi və təsdiqi;
4. 2017-ci il üçün elmi-tədqiqat işlərinin planının müzakirəsi;
5. Müxtəlif məsələlər.
Elmi hissə